• Naxçıvan mətbəxinin daş küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 2763

Tarix : 7.10.2020, 12:00

Bölmə : Sulu yeməklər, Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
400 qr ət
1-2 tikə quyruq
1 ədəd baş soğan
50-60 qr noxud (suda isladılmış)
50-60 qr düyü
1 ədəd yumurta
nanə qurusu
tərxun qurusu
reyhan qurusu
mərzə qurusu
alça turşusu
duz
istiot
sarıçiçək
tomat və ya pomidor

Hazırlanması:
Tikə əti 2 saat dayanmadan “ət daşı” adlanan xüsusi yasdı daşın üzərində ağac toxmaqla qiymə halına gələnədək döyün. Qiymə halına düşdükdə üzərinə isladılmış noxud, quyruq, soğan əlavə edib birlikdə döyün. Üzərinə göyərti qurusu ( nanə, mərzə, reyhan, şüyüd və tərxun qurusu) ovun və qarışdırın. Üzərinə yumru düyü, duz, istiot, sarıçiçək, yumurta və azca isti su əlavə edib əllə yaxşıca qarışdırın. Hazır qiyməni bir ovucun içərisinə sığacaq böyüklükdə kündələrə ayrın. Kündələrin içərisinə alça, gavalı və ya albuxara turşusu qoyub yuvarlayın. Bəzi hallarda isə duzlu yumurta qoyulur. Küftələri qaynar suya salıb bişirib çıxarın. Qazanda qaynayan suya duz, sarıçiçək və ya tomat vurub küftələri də içinə əlavə edib bişirin. Daş küftəsinə bəzi bölgələrdə kartof da vurulur.

Nuş Olsun!
Etiketlər: küftə, daş küftə, sulu, yeməklər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN