• Göbələk şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 8 352

Tarix : 30-04-2021, 18:00

Bölmə : Sulu yeməklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
8-9 göbələk
1 kiçik soğan
1 stəkan süd
1 litr isti su
2 xörək qaşığı un
3-4 xörək qaşığı yağ
Qara istiot
duz

Üzəri üçün:
Kərə yağı
Qırmızı bibər

Hazırlanması:
Göbələk şorbası hazırlamaq üçün əvvəlcə göbələkləri yuyub çox xırda doğrayırıq.
Soğanı çox incə doğrayıb yağda qızardın.Göbələkləri əlavə edib yüngülcə qızarana qədər qovuraq.
Un əlavə edək, bir az daha qovuraq.
Qara bibər əlavə edin, isti su əlavə edin və qaynadın, südü otaq temperaturunda əlavə edin və qaynana qədər qarışdırın.
Şorba qaynamağa başladıqdan sonra 10 dəqiqə bişirin, odunu söndürək və duz əlavə edək.

Nuş olsun!
BİZİ İZLƏYİN