• Noxudlu göy soğan resepti

Reseptin məlumatları Baxış sayı: 17 659

Tarix : 1-06-2014, 12:07

Bölmə : Sulu yeməklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
500 qr parça quşbaşı doğranmış ət
1 kg göy soğan
½ çay stəkanı düyü
1 su stəkanı qaynadılmış noxud
1 xörək qaşığı bibər sousu
1 çay stəkanı duru yağ
1 ədəd limon
1 çay qaşığı qara bibər
1 çay qaşığı duz

Hazırlanması:
Göy soğanın baş hissəsini ( ağ olan hissəsini) 1 santimetrlik halqalar şəklində doğrayıb yuyun. Sonra bir qazana duru yağ və sousu qoyub 1 dəqiqə qədər qovurun və quşbaşı doğranmış ətləri əlavə edin. Əti 10-12 dəqiqə qədər bişirin.
Ət suyunu çəkincə halqa-halqa doğranmış soğanları əlavə edin.
Birlikdə 5-6 dəqiqə qovurun. Üzərinə duz və qara bibərini əlavə edərək 1 limonun suyunu sxın. Dərhal qaynadılmış noxudları da əlavə edin. Üzərinə tam çıxacaq qədər amma çoxu deyil, isti su əlavə edin. Soğanlar yumşaldıqda düyüləri əlavə edin. Düyülər uzanıb yumşaldığında, yəni ortalama 12-15 dəqiqə sonra ocağın altını bağlanın. İsti olaraq servisə təqdim edin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qaşığı, qədər, stəkanı, doğranmış, suyunu, hissəsini, qovurun, halqa, sousu, qaynadılmış, Üzərinə, quşbaşı, bibər, Soğanlar, deyil, çıxacaq, noxudları, Dərhal
BİZİ İZLƏYİN