• Dovğa resepti

Reseptin məlumatları Baxış sayı: 175 267

Tarix : 15-11-2014, 16:00

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
1 l qatıq
1 yumurta
1 x.q. un
2 x.q. düyü
1 dəstə şüyüd
1 dəstə keşniş
1 dəstə nanə (ya da 1 dəstə dağ keşnişi, ikisini birdən istifadə etməməli)
1 dəstə ispanaq

Hazırlanması:
Qatığı qazana töküb qarışdırın, içində lopalar qalmasın. Sonra yuyulmuş düyü, yumurta, un əlavə edib yenə qarışdırın. Qazanı ocağa qoyub dayanmadan qarışdırın. Qaynara düşəndən sonra əlinizi saxlayıb əvvəlcədən yuyulmuş göyərtini xırda-xırda doğrayın. Düyü bişəndən sonra göyərtini əlavə edib daha 5 dəqiqə qaynadın. Dovğanı süfrəyə isti-isti, yaxud soyuq, dərin boşqabda, kasada, yaxud stəkanda verə bilərsiniz.

Qeyd: Dovğanı müxtəlif üsullarla bişirirlər. Məsələn, qatıq turşdursa, ona bir hissə süd, yaxud xama əlavə etmək olar. Yaxud ətli dovğa üçün 100 q qiymə, soğan, duz, istiotu qarışdırıb xırda küftələr tutur və ayrıca qazanda qaynadır, sonra dovğaya əlavə edirlər. Eynilə ayrıca qazanda noxud qaynadıb dovğaya əlavə etmək olar. Bəzən dovğaya toyuq bulyonu da tökülür. Düyünü ayrıca qazanda qaynadıb həlimi ilə birlikdə də dovğaya əlavə etmək olar.

Nuş olsun!
Etiketlər: əlavə, dəstə, dovğaya, xırda, sonra, yaxud, etmək, qazanda, qarışdırın, ayrıca, yuyulmuş, göyərtini, qaynadıb, Dovğanı, yumurta, qatıq, qiymə, dovğa, soğan, istiotu
BİZİ İZLƏYİN