• Noxudlu dovğa resepti

Reseptin məlumatları Baxış sayı: 35 012

Tarix : 25-05-2014, 11:27

Bölmə : Sulu yeməklər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 8-10


Tərkibi:
Yarım stəkan gecədən islağa qoyulmuş quru noxud
2 stəkan doğranmış keşniş
2 stəkan doğranmış şüyüd
½ stəkan doğranmış ispanaq
½ stəkan doğranmış təzə sarımsaq (yalnız yarpaqları)
½ stəkan doğranmış nanə
½ stəkan stəkan doğranmış cəfəri
3 stəkan qatıq
4 stəkan su (qatıq qatıdırsa daha çox su əlavə etmək olar, durudursa, daha az)
1 xörək qaşığı un
1 ədəd yumurta
Bir stəkanın üçdə biri qədər yuyulmuş yumru düyü
Zövgə görə duz
İstiot, bəzək üçün (zəruri deyil)

Hazırlanması:
Noxudu yumuşalanadək bişirib, kənara qoyun.
Doğranmış göyərtini aşsüzənə qoyub yuyun ki, yaşılı getsin.
Əlinizlə sıxmayın. Aşsüzəni kənara qoyun.
Qazanda qatıq, su, un və yumurtanı qarışdırın. Düyünü əlavə edin.
Taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra (vacibdir – yoxsa doğva çürüyər) orta odda qaynadın.
Bu proses təxminən 7-10 dəqiqə çəkəcək. Qaynamağa başlayanda göyərtini əlavə edin.
Arada qarışdıra-qarışdıra təxminən 7-8 dəqiqə, və yaxud düyü yumuşalanadək bişirin.
Noxudu əlavə edib, qazanı kənara çəkin. Qoyun dovğa soyusun.
Sonra isə ona duz əlavə edib kasalarda süfrəyə verin.
İstəyə görə dovğanın üstü istiotla bəzənir.
Doğvanı soyuducuda soyudduqdan sonra da süfrəyə vermək olar. Dovğa qatılaşdığında, ona bir az su əlavə edib durulaşdırın.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, doğranmış, qarışdıra, kənara, qatıq, Noxudu, qoyun, yumuşalanadək, təxminən, süfrəyə, dəqiqə, göyərtini, Taxta, qaşıqla, çəkəcək, Qaynamağa, Arada, başlayanda, dəyanmadan
BİZİ İZLƏYİN