• Qış şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 25 940

Tarix : 1-05-2015, 17:00

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi (6-8 pay):
1 yerkökü
1 kiçik qabaq
1 dəstə ispanaq
1 ovuc düyü

xəmir:
0,5 st. bulqur
su
qara istiot
pul bibər
2 x.q. un
0,5 yumurta

sous:
kərə yağı
bibər (tomat) pastası
sarımsaq
nanə
limon şirəsi

Hazırlanması:
Öncə küftələrin xəmirini hazırlayın. Bunun üçün bulquru isti suda isladın, 5 dəqiqə sonra ədviyyat vurun, qarışdırın, yumurta, az-az un əlavə edərək yoğurun.
Xırda küftələr tutun. Un səpilmiş siniyə yığın.
Yerkökünü xırda doğrayıb kərə və zeytun yağının qarışığında qovurun. İsti su tökün. Küftələri qazana əlavə edin. 5 dəqiqə bişdikdən sonra xırda doğranmış qabağı əlavə edin. 5 dəqiqə bişdikdən sonra doğranmış ispanağı əlavə edib daha 2 dəqiqə bişirin.

Sous:
2-3 dolu qaşıq kərə yağını əridin, bibər (tomat) pastası, nanə, 4-5 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın, şorbaya əlavə edin. Zövqə görə limon şirəsi əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, bibər, sonra, sarımsaq, pastası, şirəsi, bişdikdən, doğranmış, tomat, limon, yumurta, xırda, qarışdırın, doğrayıb, Yerkökünü, zeytun, qovurun, qarışığında, yağının
BİZİ İZLƏYİN