• Xəmiraşı resepti

Reseptin məlumatları Baxış sayı: 17 418

Tarix : 30-04-2015, 19:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
1,5 kq ət
1,5 l bulyon
300 q bişmiş lobya
300 q soğan
duz
istiot

xəmir:
2 st. un
1 yumurta
aparan qədər su
duz

sous:
2 diş sarımsaq
100 q sirkə

Hazırlanması:
Əvvəlcə soğanı sürtgəcdən keçirin, duz və istiotla birgə çəkilmiş ətə əlavə edib qarışdırın. Farşdan kiçik küftəciklər tutun. Böyük qazanda su qaynadın. Su qaynamağa başlayanda duz qatın, küftəcikləri içinə töküb qarışdırın. Küftələrin üzərinə yığılmış kəfi yığdıqdan sonra tam bişməsini gözləyin. Təxminən 30 dəqiqə qaynayır.

Həmin müddətdə əriştə hazırlayın. Bunun üçün una yumurta, duz və su əlavə edib adi qaydada xəmir yoğurun. Kündə halına salıb nazik yuxa yayın. Yuxanı xeyli unlayıb oxlova bükün. Oxlovu burulmuş yuxanın içindən çıxarıb iti bıçaq vasitəsilə nazik əriştə kəsin.

Təxminən 30 dəqiqə keçdikdən sonra küftəciklər qaynayan qazana əvvəlcədən bişirib süzdüyünüz lobyanı əlavə edin. Sonra şorbanı qarışdıra-qarışdıra kəsdiyiniz əriştələri də üzərinə tökün. 15-20 dəqiqə qaynasın.

Keşniş və ya zövqünüzə uyğun digər göyərtini xırda-xırda doğrayıb üzərinə səpin. Sonda xörəyin dadına baxıb yetərincə duzunu-istiotunu əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, dəqiqə, sonra, xırda, qarışdırın, küftəciklər, nazik, qarışdıra, əriştə, Təxminən, yumurta, xəmir, kəsin, vasitəsilə, yayın, unlayıb, qazana, qaynayan, keçdikdən
BİZİ İZLƏYİN