• Düyü ilə noxud şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 25 756

Tarix : 1-07-2015, 10:00

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ovuc təzə noxud,
3 qaşıq düyü,
1\2 yemək qaşığı kərə yağı,
1 pomidor,
4-5 dənə cəfəri,
Kiçik soğan,
1 çay qaşığı duz,
Yarım şorba qaşığı un,
6 stəkan su,

Hazırlanması:
Şorba qazanına yağ, rəndələnmiş soğan tökün və vam odda qızarana qədər bişirin.
Digər yanda fındıq böyüklüyündə kiçik doğranmış pomidorları ocaqda qovrulan soğanların üzərinə tökün.
Bir az pomidorları da qovurun.
Sonra bir çay qaşığı duz əlavə edin.
Vam odda bir az daha da qovurub 6 stəkan suyu şorba qazanına əlavə edin.
Vam odda suyun qaynamasını gözləyin.
Qaynayınca içinə qabıqlarından ayrılmış noxudları və isladılmış düyüləri də şorbaya əlavə edin.
Yumşalana qədər bişirin.
Şorbanın üzərinə incə doğranmış şüyüd və təzə nanə də səpə bilərsiniz.
Şorbanı kasalara qoyarkən üzərini istəyinizə görə də bəzəyərək servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, pomidorları, qazanına, bilərsiniz, tökün, doğranmış, qədər, stəkan, bişirin, şorba, soğan, üzərinə, qaynamasını, noxudları, isladılmış, gözləyin, Qaynayınca, ayrılmış, içinə
BİZİ İZLƏYİN