• Qovurma bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 20 305

Tarix : 6-07-2015, 22:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Hər payına:

163 q qoyun əti,
15 q quyruq,
70 q baş soğan,
100 q kartof,
50 q şabalıd,
20 q təzə yaxud 10 q quru alça,
10 q keşniş,
0,1 q zəfəran,
istiot,
duz.

Hazırlanması:
Qoyun əti 30-35 qramlıq tikələrə doğranır, istiot və duz vurularaq baş soğanla birlikdə qoyun qiyində yaxud ərinmiş yağda qovrulur. Sonra bu kütlə isti bulyonda yaxud suda açılır və içinə soyulmuş kartof, qabaqcadan bişirilib soyulmuş şabalıd yuyulmuş alça qatılaraq bişirilir. Süfrəyə gətirilənə yaxın içinə istiot, zəfəran şirəsi vurulur, üstünə göyərti səpilir.
Yay zamanı xörəyin hər payına 30 q qabığı soyulmuş təzə qırmızı pomidor qatılır. Bu halda alça və zəfəran lazım gəlmir.
Qeyd: Qovurma-bozbaş sümüklü qoyun ətindən də hazırlana bilər. belə hallarda hazır ət çıxarı 14% artır.

Nuş olsun!
Etiketlər: zəfəran, soyulmuş, yaxud, istiot, qoyun, payına, içinə, kartof, şabalıd, xörəyin, qabığı, pomidor, qatılır, qırmızı, səpilir, üstünə, şirəsi, halda, göyərti, vurulur
BİZİ İZLƏYİN