• Xəmiraşı (lobyalı və əriştəli şorba) resepti

Reseptin məlumatları Baxış sayı: 25 617

Tarix : 4-07-2015, 16:00

Bölmə : Sulu yeməklər / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Hər pay üçün:

163 q qoyun əti,
35 q buğda unu,
10 q yumurta,
10 q ərinmiş yağ,
20 q ağ lobya,
10 q sirkə,
20 q baş soğan,
20 q keşniş,
10 q nanə qurusu,
istiot, duz.

Hazırlanması:
Sümükdən bulyon bişirilir. Yumşaq qoyun ətindən baş soğan və ədviyyatla qiymə hazırlanır. Hər pay üçün 5-6 ədəd küftəcik hazırlanır. Bulyona qabaqcadan isladılıb bişirilmiş lobya və bərk xəmirdən hazırlanmış əriştə qatılır. Əriştənin xəmiri üçün una su, yumurta və duz vurulub yoğrulur və 1 mm qalınlığında yayılır. Sonra 5 mm enində lent şəklində əriştə kəsilir. Bulyona küftəcikləri salınıb bişirilir , sonra isə əriştə və xırda lobya qatılır.
Hazır olandan sonra xörəyə çərtilmiş göyərti vurulur, süfrəyə verilən zaman üstünə quru nanə səpilir. Xörəyin yanına ayrıca sirkə qoyulur.

Nuş olsun!
Etiketlər: əriştə, lobya, qatılır, sonra, bişirilir, Bulyona, soğan, hazırlanır, sirkə, qoyun, yumurta, Hazır, olandan, xırda, xörəyə, küftəcikləri, enində, şəklində, kəsilir, salınıb
BİZİ İZLƏYİN