• Kiftəli düyü şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 23 961

Tarix : 22-03-2016, 23:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qiymə,
Soğan 1 ədəd,
Yumurta 1 ədəd,
Kartof 1 ədəd,
Kök 1 ədəd,
Bibər 1 ədəd,
Pomidor 1 ədəd,
Sarımsaq 3 diş,
duz,
Zirə,
İstiot,
Düyü,
Dəfnə yarpağı,
Zeytun yağı.

Hazırlanması:
Kartof, kök və bibər yuyub xırda kubik şəklində doğrayın.
Pomidoru yuyub halqa şəklində doğrayın.
Sarımsağı əzin.
Soğanı ət çəkən maşında çəkin.
Farşı bir kasada çəkilmiş soğan, duz, istiot, zirə və yumurtanın ağı qatılmaqla yaxşıca yoğurun.
Qazanın içində əvvəlcə yağ-soğanla birgə küftələri bir az qızardın.
Sonra üstünə pomidor əlavə edin.
1-2 dəqiqədən sonra isə əzilmiş sarımsaq, doğranmış kartof, kök və bibəri əlavə edin.
Qazanın içinə su əlavə edib bişirin.
Şorbanın içinə dəfnə yarpağı atın.
Tərəvəzlər yarıbişmiş olanda yuyulmuş düyünü əlavə edin və düyü bişənə qədər şorbanı qaynadın.

Nuş olsun!
Etiketlər: əlavə, yuyub, doğrayın, içinə, yarpağı, Qazanın, şəklində, Kartof, dəqiqədən, qaynadın, sonra, sarımsaq, əzilmiş, pomidor, üstünə, soğanla, olsun, birgə, küftələri, Sonra
BİZİ İZLƏYİN