• Közlənmiş badımcan şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 16 474

Tarix : 13-03-2016, 15:00

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd közlənmiş badımcan,
1 yemək qaşığı un,
Zeytun yağı,
Kərə yağı,
Qırmızı bibər,
Yetərin qədər su,
Duz,

Hazırlanması:
Badımcanları yuduqdan sonra çəngəl ilə bir neçə yerindən deşin.
Folyo ilə sarıyıb fırına verin.
Fırında bişirin.
Közlənmiş badımcanları soyun və incə-incə dilimləyin.
İncə doğranmış soğanları zeytun yağında qovurun.
Onun üzərinə közlənmiş badımcanları da əlavə edin.
Bir az qovurun.
Üzərinə unu da əlavə edib azca qovurun.
Ardından isti su və duzunu əlavə edin.
Qarışdıraraq bişirin.
Qaynamağa başladığında vam odda 10 dəqiqə yenə qaynadın.
Blenderdən keçirdin.
Ayrı bir tavada kərə yağı və qırmızı bibəri qızardıb servis etməzdən əvvəl şorbanın üzərinə əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, qovurun, badımcanları, bişirin, üzərinə, közlənmiş, duzunu, Qarışdıraraq, Qaynamağa, Ardından, Üzərinə, başladığında, zeytun, yağında, qaynadın, etməzdən, servis, əvvəl, şorbanın, olsun
BİZİ İZLƏYİN