• Bibərli badımcanlı mehir şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 357

Tarix : 24-02-2016, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 kq qatıq,
1 litrə süd,
1 stəkan döymə buğda,
1 kasa bişmiş noxud,
1 kasa bişmiş bulğur,
3-4 yaşıl bibər,
2 badımcan,
1 soğan,
2 yemək qaşığı kərə yağı,
Duz,

Hazırlanması:
Qatıq və suyu bir qazana alıb davamlı qarışdıraraq bişirin.
Noxudu, buğdanı və bulğuru da əlavə edib qarışdıraraq bişirin.
Bibər və badımcanları doğrayıb qaynamaqda olan şorbaya əlavə edin.
Bibər və badımcanlar yumşalana qədər bişirməyə davam edin.
Duzunu əlavə edin.
Digər tərəfdə də yağ tavasında əridilən yağda soğan qovurub şorbanın üzərinə gəzdirib servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdıraraq, bişirin, bişmiş, Bibər, soğan, gəzdirib, üzərinə, yumşalana, qədər, badımcanlar, şorbaya, olsun, servis, qaynamaqda, bişirməyə, davam, əridilən, yağda, qovurub
BİZİ İZLƏYİN