• Qoyun əti ilə düyü şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 23 788

Tarix : 16-07-2015, 22:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
163 q qoyun əti,
25 q düyü,
20 q ərimmiş yağ,
20 q noxud,
20 q təzə yaxud 10 q alça qurusu,
20 q baş soğan,
15 q keşniş və şüyüd,
1 q nanə qurusu,
duz,
istiot.

Hazırlanması:
Hər payı üçün 2-3 tikə qoyun əti üstünə soyuq su tökülərək ən azı bir saat bişirilir. Qabaqcadan 3-4 saat isladılıb yarımhazır hala gətirilmiş noxud və düyü qaynar bulyona tökülür. Sonra yağda qızardılmış soğan, ət və duz bulyona əlavə edilir və bişirilir. Xörəyin hazır olmasına 15 dəqiqə qalmış alça əlavə edilir.

Süfrəyə veriləndə üstünə keşniş və şüyüd sərpilir.

Nuş olsun!
Etiketlər: əlavə, şüyüd, edilir, üstünə, bişirilir, soğan, keşniş, qoyun, bulyona, noxud, qurusu, hazır, Xörəyin, qızardılmış, olmasına, Süfrəyə, sərpilir, olsun, veriləndə, yağda
BİZİ İZLƏYİN