• Ətli dovğa resepti

Reseptin məlumatları Baxış sayı: 18 734

Tarix : 26-02-2016, 14:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 1-2


Tərkibi:
Hər payı üçün:

180 qr qoyun əti,
200 q qatıq,
20 q düyü,
15 q noxud,
10 q buğda unu,
12 q baş soğan,
53 q quzuqulağı və ispanaq,
30 q keşniş, şüyüd, kəvər, habelə istiot və duz

Hazırlanması:
Bulyon bişirilir. Yumşaq qoyun əti, baş soğan və ədviyyatdan qiymə hazırlanır və qrikadel şəklində 15 qramlıq xırda küftəciklər hazırlanır. Noxud arıtlanıb 3-5 saat ərzində soyuq suda isladılır, qabığı çıxardılır, yarımhazır vəziyyətə gəlincəyə qədər bişirilir. Ayrı bir qabda qatıq və un bir-birinə qatılaraq, qatıq çürüməsin deyə, arasıkəsilmədən bir qaydada bulaya-bulaşa bişirilir. Sonra buna noxud, düyü, küftəciklər və bulyon qatılıb birlikdə bişirilir.

Köftəcillərin qarışdırma əsnasında formasını itirməməsi üçün əvvəlcə ayrı bir qabda bulyonda bişirilməsi məsləhət görülür.

Süfrəyə verilmə qaydasi

Dovğa bişdikdən sonra içinə narın çərtilmiş göyərti, duz əlavə edilir.

Mövsümdən asılı olaraq dovğa soyuq halda da süfrəyə verilə bilər.

Nuş olsun!
Etiketlər: bişirilir, qatıq, hazırlanır, soyuq, küftəciklər, qabda, qoyun, noxud, soğan, görülür, bulyon, məsləhət, Süfrəyə, Köftəcillərin, birlikdə, verilmə, bişirilməsi, bulyonda, formasını, əsnasında
BİZİ İZLƏYİN