• Küftəli borş resepti

Reseptin məlumatları Baxış sayı: 18 594

Tarix : 6-06-2014, 13:30

Bölmə : Sulu yeməklər / Ət yeməkləri

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
650 q qiymə
500 q çuğundur
150-200 q kələm
1-2 ədəd kartof
2 ədəd kiçik pomidor
1-2 ədəd baş soğan
1-2 ədəd kök
Duz
İstiot
Dəfnə yarpağı
Zeytun yağı

Hazırlanması:
Əvvəlcə qiymədən balaca küftələr hazırlayıb, suda bişiririk
Sonra kökü və soğanı doğrayıb, yağda qovururuq.
Çuğunduru rəndədən keçiririk.
Kələmi doğrayırıq
Pomidoru da xırda-xırda doğrayırıq.
Hamısını soğanın üzərinə əlavə edib yenidən bir qədər qovururuq.
Üzərinə su əlavə etmədən öz suyunda vam odda pörtlədirik.
Kənarda kartofları kiçik kub şəklində doğrayırıq.
Bu kartofları kənarda suda bişməyə qoyduğumuz küftələrə əlavə edirik.
Küftələr və kartof bişəndən sonra suyu ilə birlikdə kənarda qovurduğumuz soğança qarışığına əlavə edirib, birlikdə qarışdırır və 1-2 dəqiqə qaynadırıq.

Nuş olsun!
Etiketlər: əlavə, doğrayırıq, kənarda, birlikdə, qovururuq, xırda, kartofları, kartof, kiçik, şəklində, Kənarda, suyunda, pörtlədirik, qədər, üzərinə, yenidən, Üzərinə, etmədən, küftələrə, edirib
BİZİ İZLƏYİN