• Kakos südündə balıq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 074

Tarix : 6-06-2014, 13:41

Bölmə : Sulu yeməklər / Balıq yeməkləri / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4



Tərkibi:
Bibər tomatı üçün:

6-7 ədəd qurudulumuş bibər
60 ml. su
4 diş sarmısaq
1/2 xörək qaşığı zirə
1/2 xörək qaşığı üyüdülmüş keşniş
Yarım limonun şirəsi

Digər ərzaqlar:
800 qram balıq filesi (sümüksüz)
400 qram kokoslu süd
1 ədəd yarım baş soğan
Zövqə görə duz
Keşniş

Hazırlanması:
İlk öncə bibər tomatımızı hazırlayırıq.
Qurudulmuş bibərləri iri qaba tökürük, üzərinə su əlavə edirik və 5 dəqiqə qaynadırıq.
Ocaqdan götürürük, ardıcıl olaraq sarmısaq, zirə, üyüdülmüş keşniş və limon şirəsi əlavə edirik. Daha sonra tomatı blenderdən keçiririk.
Soğanı xırda-xırda doğrayırıq. Tavaya 1 xörək qaşığı duru yağ tökürük, üzərinə də soğanları əlavə edib qarışdıraraq az odda 4-5 dəqiqə qızardırıq.
Daha sonra hazırladığımız və blenderdən keçirdiyimiz bibər tomatını əlavə edib 1 dəqiqə qarışdırırıq.
Üzərinə kokoslu südü əlavə edib qaynamağa qoyuruq.
Südümüz qaynayana qədər balıq filemizi xırda-xırda doğrayırıq.
Balıqları bir qazana tökürük, zövqə görə duzlayırıq və qaynayan mayenin üzərinə tökürük. 10 dəqiqə ağzı qapaqlı bişməyə qoyuruq.
İstəyə görə üzərinə keşniş də töküb, düyünün yanında vermək olar.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, xırda, tökürük, üzərinə, keşniş, qaşığı, xörək, bibər, blenderdən, kokoslu, sonra, edirik, qoyuruq, balıq, üyüdülmüş, sarmısaq, doğrayırıq, tomatı, şirəsi
BİZİ İZLƏYİN