• Uşaqlar üçün pendirli toyuq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 26 736

Tarix : 6-06-2014, 13:47

Bölmə : Sulu yeməklər / Şorbalar / Uşaq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Toyuq filesi - 0,5 kq
Kök - 1 ədəd
Soğan - 1 ədəd
Kartof - 1 ədəd
Düyü - 80 q
Pendir - 20q
Su - 1,5 l
Duz

Hazırlanması:
Qazana suyu töküb qaza qoyulur, duz tökülür.
Toyuq filesi yuyulur, suya salınıb yarım saat qaynadılır.
Soğan xırda-xırda doğranır.
Kök sürtkəcdən keçirilir.
File bişdikdən sonra qazandan çıxarılır.
Qazandakı bulyona düyü əlavə edilib 10 dəqiqə qaynadılır.
Soğan və kök də qazana əlavə edilir.
Kartof xırda kub şəklində doğranır.
Şorba qaynadıqda kartof qazana əlavə edilib 10 dəqiqə qaynadılır.
Bişmiş toyuq filesi xırda-xırda doğranıb qazana əlavə edilir. Kartofu bişdikdən sonra qazan oddan götürülür.
Süfrəyə verildikdə boşqablara çəkilib üzərinə pendir əlavə edilir.

Nuş olsun!
Etiketlər: əlavə, xırda, filesi, qaynadılır, qazana, Soğan, edilir, bişdikdən, sonra, dəqiqə, edilib, Toyuq, doğranır, Kartof, çəkilib, kartof, üzərinə, Bişmiş, pendir, qaynadıqda
BİZİ İZLƏYİN