• Cəfəri şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 098

Tarix : 5-01-2016, 18:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 yemək qaşığı un,
1 yemək qaşığı kərə yağı,
4-5 yemək qaşığı zeytun yağı,
2 su stəkanı süd,
2 su stəkanı su,
1 orta boy soğan,
Yarım dəstə cəfəri,
Duz ,
istiot,

Hazırlanması:
Kərə yağını və zeytun yağını qazana qoyun.
Kərə yağı əriyincə içinə çox kiçik doğranmış soğanı töküb azca saraldın. Unu əlavə edib unun iyi çıxana qədər qovurun.
Süd və suyu əlavə edib qaynayana qədər qarışdırın.
Qaynamaya başlayınca incə doğranmış cəfərini əlavə edin.
Bir az daha qaynadıb, duz və istiotunu əlavə edin. Ocaqdan alın.

Not:
Mən istiotu yeyərkən kasalarin üzərinə səpdim.
Əvvəlcədən tökülsə rəngi qaralada bilıər.

Nuş olsun!
Etiketlər: əlavə, yemək, qaşığı, yağını, doğranmış, qədər, stəkanı, zeytun, istiotunu, Ocaqdan, qaynadıb, istiotu, Qaynamaya, cəfərini, başlayınca, üzərinə, rəngi, qaralada, bilıər, olsun
BİZİ İZLƏYİN