• Ovdux-doğramac resepti

Reseptin məlumatları Baxış sayı: 24 856

Tarix : 7-03-2016, 21:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
Qatıq – 200q,
Su – 100 q,
Təzə xiyar – 100 q.
Göy soğan – 40 q.
Keşniş – 10 q.
Şüyüd – 10 q.
Reyhan – 5 q,
Yumurta – 1 ədəd.
Mal əti – 100 q.
Duz – zövqə görə.
Sarımsaq– zövqə görə.

Hazırlanması:
Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuş su qatıqla qarışdırılır. Qabığı soyulmuş xiyar və göyərti xırda doğranılır, durulaşdırılmış qatıqla qarışdırılır, duz və sarımsaq qatılıb soyuducuya qoyulur. Ovdux soyuq halda süfrəyə verilir. Ovdux, adətən, ətsiz hazırlanır. Müstəsna hallarda ovduxa bişirilib xırda doğranmış mal əti və bərk bişirilmiş yumurta qatılır.

Nuş olsun!
Etiketlər: Ovdux, qarışdırılır, qatıqla, zövqə, xırda, xiyar, qoyulur, verilir, soyuq, ətsiz, süfrəyə, halda, Müstəsna, doğranmış, bişirilmiş, yumurta, qatılır, bişirilib, ovduxa
BİZİ İZLƏYİN