• Kök şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 19 732

Tarix : 28-08-2015, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Bir az duz,
2 çay qaşığı pul bibər,
1 çay qaşığı istiot,
1 stəkan süd,
1 yumurta,
1 şorba qaşığı un,
1 şorba qaşığı kərə yağı,
3 ədəd kök,
5 stəkan ilıq su,
Bir az incə doğranmış cəfəri,
Bir az rəndələnmiş holland pendiri,

Hazırlanması:
Əvvəlcə kökləri təmiz yuyun.
Suyunu dəsmal ilə qurudun.
Köklərin qabıqlarını təmizləyin.
Bunlardan sonra kökləri kubiklər şəklində doğraıyın.
Yarım stəkan yağda kökləri 5 dəqiqə qovurun.
Sonra 1 stəkan su əlavə edib köklər yumşalana qədər bişirin.
Bişirdiyiniz kökləri aşsüzənə tökün.
Aşsüzəndə kökləri püre halına gətirin.
Püre halına gətirdiyiniz köklərin üzərinə 8 stəkan ət suyu əlavə edib ocağın üzərinə qoyun.
Başqa bir qazanda isə bir qaşıq kərə yağında unu qovurun. Bundan sonra qovrulmuş unun içərisinə yarım stəkan süd əlavə edin.
Yumurtaları təmiz yuyun.
Yuyulmuş yumurtaları sındırın və sarısını ağından ayırın.
Bir qabda yumurtanın sarısını möhkəm çırpın.
Süd qatılan unu ocaqdan endirin ki, bir az soyusun.
Ocaqdan endirdiyiniz qarışımın üzərinə çırpılmış yumurta sarısını əlavə edib qarışdırın və şorbaya əlavə edin.
Bir az qaynadın.
Sonra üzərini incə doğranmış cəfəri və holland pendiri ilə bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, kökləri, qaşığı, sarısını, üzərinə, təmiz, yuyun, Sonra, halına, qovurun, sonra, cəfəri, şorba, yumurta, holland, doğranmış, pendiri, sındırın, yumurtaları
BİZİ İZLƏYİN