• Sağlıqlı və ləzzətli süd şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 072

Tarix : 7-12-2015, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 l süd,
100 q göbələk,
1yemək qaşığı un,
2 yemək qaşığı zeytun yağı,
1 çay qaşığı əzilməmiş istiot,
1 çay qaşığı duz,
200 ml su

Hazırlaması:
Qazanda 1 yemək qaşığı zeytun yağını qızdırın.
Ardından unu əlavə edib qovurun.
Unun iyi çəkiləndən sonra yavaşça südü və suyu əlavə edib, 8 – 10 dəqiqə qaynadın.
Süd qaynayana qədər göbələkləri yuyun. Yuyulmuş göbələklərin suyunu süzün.
Yuyulmuş göbələkləri kiçik –kiçik doğrayın.
Bir tavada 1 yemək qaşığı zeytun yağını qızdırın.
Qızdırmış olduğunuz yağın içinə doğradığınız göbələkləri əlavə edin.
Göbələkləri yağda 2 – 3 dəqiqə qovurun. Qovurduğunuz göbələkləri də qazana əlavə edin. Bir az qaynatdıqdan sonra istiot və duzunu da əlavə edin və 5 dəqiqə daha qaynadın.
İsti halda servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, göbələkləri, dəqiqə, zeytun, yemək, qovurun, sonra, qaynadın, qızdırın, Yuyulmuş, istiot, yağını, içinə, doğradığınız, yağın, olduğunuz, tavada, Qızdırmış, Göbələkləri
BİZİ İZLƏYİN