• Əriştəli kartof şorbsı resepti

Reseptin məlumatları Baxış sayı: 14 313

Tarix : 20-12-2015, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2


Tərkibi:
Hər payına:

30 q buğda unu,
80 q kartof,
20 q yağ,
20 q baş soğan,
0,05 q zəfəran,
duz,

Hazırlanması:
Bərk xəmir yoğrulur, 1 mm qalınlıqda yayılır, ocağın üstündə qurudulur və əriştə şəklində kəsilir. Kartof soyulub kub şəklində doğranır, qazanda bulyonda bişirilir. Sonra buna yağda qızardılmış soğan qatılır. Hazır olmasına 10 dəqiqə qalmış əriştə qatılır. Sonra isə zəfəran şirəsi, duz və istiot vurulur.

Nuş olsun!
Etiketlər: zəfəran, şəklində, Sonra, qatılır, soğan, əriştə, kartof, yağda, qızardılmış, bişirilir, bulyonda, doğranır, qazanda, Hazır, istiot, vurulur, şirəsi, qalmış, olmasına
BİZİ İZLƏYİN