• Borş resepti - Video resept

Reseptin məlumatları Baxış sayı: 17 157

Tarix : 11-09-2015, 11:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Video reseptlər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
1 kq mal əti (sümüklü)
5 qaşıq yağ
1 baş soğan
1 ədəd orta boy qırmızı çuğundur (300 q)
2 ədəd yerkökü (300 q)
2 qaşıq tomat pastası
3-4 ədəd dəfnə yarpağı
1 ədəd orta boy təzə kələm
3 ədəd kartof
2 stəkan kiçik doğranmış cəfəri
duz
istiot

Hazırlanması:
Mal ətini üzərinə 20 stəkan su tökərək qaynadın. Kəfini alın. ət yumşalana qədər bişirin. ətin suyunu süzün, kəfdən təmizləyin. ət suyunu və əti qazana təkrar əlavə edin.

ət bişdiyi müddətdə soğanları kiçik-kiçik doğrayın. Çuğundur və kökü mətbəx rəndəsinin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın. Kartofları soyun və iri-iri dilimləyin.

Tavada yağı isidin, bu yağda soğanlar yumşalana qədər bişirin. Sonra buraya çuğundur və yer kökünü əlavə edin, təqribən 10 dəqiqə bişirin. Sonra tomat pastası, duz, istiot əlavə edin. 5 dəqiqə bişirin.

Bişmiş tərəvəzi və dəfnə yarpaqlarını ət suyuna əlavə edin. Su qaynayarkən azalıbsa, biraz su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır. Qazanı qaynadın. İçərisinə kartof, kələm və cəfərini əlavə edin. Kələm və kartof yumşalana qədər bişirin.

Servis edilərkən zövqə görə borşun üzərinə qatıq və ya xama tökülür.



Nuş olsun!
Etiketlər: əlavə, bişirin, kartof, yumşalana, qədər, stəkan, kiçik, qaynadın, istiot, suyunu, nazik, Sonra, doğrayın, dəqiqə, üzərinə, tomat, çuğundur, kələm, pastası, qaşıq
BİZİ İZLƏYİN