• Xarço resepti

Reseptin məlumatları Baxış sayı: 17 762

Tarix : 8-03-2016, 19:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq sümüklü mal əti,
2 böyük pomidor,
3 iri soğan,
5 diş sarımsaq,4\3 stəkan düyü,
Göy alça,
3-4 ədəd xiyar turşusu,
Qırmızı bibər,
Keşniş və ya cəfəri,
Zəfəran,
2-3 ədəd dəfnə yarpağı,
Qara istiot,

Hazırlanması:
Əti 2,5 saat qaynadın.
Kəfini yığın.
Düyünü yuyub suda isladın.
Zəfəranı duzla əzib üzərinə qaynar su tökün.
Bitki yağında soğanlar şəffaflaşana qədər qızardın.
Döyülmüş qırmızı istiotu əlavə edin.
Qabığı soyulub doğranmış pomidor, istiotu , duzu töküb qızardın.
Sonra 2 çömçə bulyon əlavə edin.
7-9 dəqiqə bişirin.
Quru tavaya qoz töküb azca qurudun.
Sonra həvəngdəstədə döyün.
Ət qaynadıqdan sonra çıxardıb doğrayın.
Bulyonu tənzifdən süzüb ətə əlavə edin.
Qızartdığınız tərəvəzləri, düyünü , isladılmış zəfəranı, dəfnə yarpaqlarını da əlavə edin.
Düyü bişəndən sonra qozu əlavə edin.
Sarımsağı əzin, göyərtini doğrayıb şorbaya əlavə edin.
Qarışdırıb txemali tökün.
Duzunu yoxlayın.
Dəfnə yarpaqlarını çıxardın.
Xiyar turşusunu doğrayıb tökün.
Qazanın qapağını örtün.
Ocağı söndürüb 15-20 dəqiqə şorbanın özünü tutmasını gözləyin.
Sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, tökün, Sonra, qızardın, yarpaqlarını, istiotu, sonra, dəqiqə, töküb, dəfnə, doğrayıb, pomidor, süzüb, tənzifdən, gözləyin, tutmasını, Qızartdığınız, isladılmış, düyünü, tərəvəzləri
BİZİ İZLƏYİN