• Zeytun yağlı yer alması resepti

Reseptin məlumatları Baxış sayı: 15 929

Tarix : 2-02-2016, 19:00

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
500 q yer alması,
2 kiçik quru soğan,
3 dənə kök,
1 kartof,
1 limon,
1 çay stəkanından bir barmaq az zeytun yağı.

Hazırlanması:
Quru soğanı yeməklik doğrayın.
Zeytun yağını tavaya alın.
Soğan əlavə edib vam odda qovurun.
Kökləri doğrayın.
Qovrulan soğanın üzərinə əlavə edin.
2-3 dəqiqə bişirin.
Kartofları və yer almalarını da doğrayıb qazana əlavə edin.
limon suyunu da qazana əlavə edin. Şəkəri, duzu və isti suyu da əlavə edin.
Qaynayınca qapağını qapadın.
Vam odda yumşalana qədər bişirin.
Soyuduqdan sonra şüyüd və ya cəfəri ilə bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, limon, qazana, bişirin, doğrayın, zeytun, suyunu, doğrayıb, Kartofları, üzərinə, dəqiqə, Şəkəri, almalarını, qapağını, şüyüd, cəfəri, bəzəyərək, servis, sonra, Soyuduqdan
BİZİ İZLƏYİN