• Hörrə resepti

Reseptin məlumatları Baxış sayı: 27 143

Tarix : 22-03-2016, 19:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
2,5 yemək qaşığı kərə yağı,
1 şirniyyat qaşığı tomat,
3 yemək qaşığı un,
5 stəkan su ,
1 çay qaşığı duz,
1 çay qaşığı istiot,

Hazırlanması:
Bir qazanda 2 qaşıq kərə yağı ilə unu vam odda qovurun.
Rəngi dönüncə yavaş- yavaş suyunu da əlavə edin, sonra duz və istiotunu da əlavə edin. Davamlı qarışdıraraq dibinin tutmasının qarşısını alın.
Kiçik bir tavada yarım qaşıq kərə yağını əridin və tomatı da əlavə edin.
Bu qarışığı şorbanın üzərinə gəzdirdikdən sonra, isti halda servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, yavaş, qaşıq, sonra, yemək, tavada, yarım, Kiçik, qarşısını, dibinin, tutmasının, yağını, əridin, gəzdirdikdən, halda, servis, üzərinə, şorbanın, tomatı
BİZİ İZLƏYİN