• Qurud aşı (sengəsər van mətbəxi) resepti

Reseptin məlumatları Baxış sayı: 16 843

Tarix : 7-03-2016, 14:00

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
5-6 baş soğan,
3 yemək qaşığı yağ,
1 dolu yemək qaşığı tomat,
1kq. qurut,
0.5 kq. yaşıl mərcimək,
Duz ,
1 su stəkanı su,

Hazırlanması:
Soğanları incə-incə doğrayın.
Soğanları yağda azca qızarana qədər qovurun. Tomatını ,duzunu əlavə edin .
1 su stəkanı su ilə soğanları bişirin.
Əvvəlcədən bişirilmiş mərciməyi əlavə edin.
Qatıqdan bir azca duru əzilmiş qurudu əlavə edin.
Bir neçə dəqiqə qaynadın.
Arzuya görə üzərinə tomatlı yağ tökə bilərsiniz.
Xüsusən qış aylarında bişirilən bu yemək turşu ilə yeyilərsə dadından doymaq olmaz.

Nuş olsun!
Etiketlər: yemək, əlavə, stəkanı, Soğanları, qaşığı, dəqiqə, Arzuya, qaynadın, qurudu, bişirilmiş, mərciməyi, Qatıqdan, əzilmiş, üzərinə, tomatlı, yeyilərsə, dadından, doymaq, olmaz, turşu
BİZİ İZLƏYİN