• Küftə bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 32 609

Tarix : 8-09-2015, 11:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 1-2


Tərkibi:
Qoyun əti – 163q,
Quyruq – 20 q,
Düyü – 15 q,
Təzə alça – 30 q,
Noxud – 25 q,
Kartof – 150 q,
Baş soğan – 18 q,
Zəfəran – 0,1 q,
Quru nanə – 0,1 q,
İstiot
Duz.

Hazırlanması:
Bozbaş bişirmək üçün sümüklər suda qaynadılıb bulyon hazırlanır. Yumşaq qoyun əti və baş soğan-əvvəlcə yumşaq ət, sonra isə soğan ətçəkəndən keçirilir. Bundan sonra hər ikisi birlikdə qarışdırılır. Hazırlanan qoyun qiyməsi və çəkilmiş soğan qarışığından ibarəd qiymənin içərisinə düyü, istiot, duz əlavə edilir. Hazırlanan məhsul möhkəm qarışdırılıb yoğrulur. Hər küftənin içərisinə 2-3 ədəd əvvəlcədən yuyulub qurudulmuş alça quruları qoyulur.

əvvəlcədən isladılan noxud dənələri sümük bulyonunda qaynadılıb bişirilir. Bundan sonra əvvəlcədən hazırladığımız küftələr də bulyona əlavə edilir. Bulyonda küftə də bişirilir. Soğan kiçik-kiçik doğranıb yağda qızardılır. Bulyona yağda qızardılan soğan və kartof da əlavə edilir. əvvəlcədən xörəyə duz vurmamaq məsləhətdir. Xörəyi ocaqdan götürməyv 10-15 dəqiqə qalmış duz və ədviyyatlar- istiot və zəfəran şirəsi vurulur. Qarışdırılır və artıq xörək hazırdır.

Xörək süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.

Nuş olsun!
Etiketlər: soğan, əvvəlcədən, sonra, edilir, əlavə, içərisinə, qaynadılıb, yağda, qoyun, Bundan, Hazırlanan, kiçik, istiot, bişirilir, Bulyona, qızardılır, dənələri, hazırladığımız, kartof, küftələr
BİZİ İZLƏYİN