• Əvəlik aşı resepti

Reseptin məlumatları Baxış sayı: 26 610

Tarix : 7-12-2015, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
əriştə
əvəlik
soğan
lobya
yağ
istiot
qatıq (qurut)
sarımsaq

Hazırlanması:
Əvəlik aşı bişirmək üçün bir gün əvvəlcədən quru lobya bol suda isladılmaq üçün buraxılır.

Xörək bişirilərkən əvvəlcə baş soğan doğranır. Sonra doğranmış soğan yağda yüngül qızardılıb soğança hazırlanır.

Bir gün əvvəlcədən islağa qoyulmuş lobyalar süzülüb yuyulur. İsladılıb yuyulan lobyalara yağ və soğan əlavə edilir və biraz su qoyularaq qaynadılır. Lobya və soğan qaynayarkən quru əvəlik doğranılır. Yumşalıb islanması üçün üzərinə qaynar su tökülür.

Lobya bişdikdən sonra doğranmış və qaynar su ilə isladılıb yumşalmış əvəlik lobyanın üzərinə əlavə edilir. Lobya, soğan və əvəlik biraz qaynadıqdan sonra bunlara evdə hazırlanmış əriştə də əlavə edilir. Az qaynadılır. Yeməyin bişməsinə az qalmış duz əlavə edilir.

Süfrəyə verilən zaman üzərinə istəyə bağlı olaraq istiot, sarımsaqlı və ya sarımsaqsız qatıq əlavə edilə bilər.

Qeyd: Qatıq olaraq süzmə qatıq və ya qurut istifadə olunması, xörəyə özünəməxsus ləzzət qatır. Xüsusi ilə soyuq qış aylarında çox faydalı bir yeməkdir.

Nuş olsun!
Etiketlər: soğan, əlavə, əvəlik, edilir, Lobya, qatıq, üzərinə, olaraq, doğranmış, sonra, biraz, qaynar, əvvəlcədən, qaynadılır, qurut, istiot, lobya, Əvəlik, əriştə, zaman
BİZİ İZLƏYİN