• Parça bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 46 120

Tarix : 5-09-2015, 11:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 1-2


Tərkibi:
Hər payına:

163 q qoyun əti,
15 q quyruq,
100 q kartof,
30 q noxud,
25 q şabalıd,
20 q təzə yaxud 10 q quru alça,
20 q heyva,
20 q baş soğan,
12 q şüyüd,
0,1 q sarıkök yaxud zəfəran,
0,1 q nanə qurusu,
2 q sumax,
duz
istiot.

Hazırlanması:
Parça-bozbaş da piti kimi hazırlanır. Pitidən fərqli olaraq parça bozbaşın hər payı ayrı-ayrı qabda deyil, bir neçə payı bir ümumi qabda bişirilir.

Parça bozbaş bişirmək üçün əvvəlcə qoyun cəmdəyinin döş, boyun yaxud kürək hissəsindən hərəsi 60-80 q çəkidə 2-3 tikə ət götürülür.

Noxud suda yumşalması üçün isladılır. Noxud 3-4 saat suda gözlədilməlidir. Bu 3-4 saat suda isladılmış noxudla ət üzərinə soyuq su əlavə edilərək bişirilir. Xörəyin hazır olmasına 20 dəqiqə qalmış baş soğan, doğranmış kartof əlavə edilir.

Şabalıd yarılıb az duzlu suda bişirilir, qabığı soyulub bulyona salınır. Sonra xörəyə dilimlənmiş heyva, alça, hər iki paya bir xörək qaşığı ədviyyat (döyülmüş sarıkök yaxud zəfəran şirəsi) qatılır. Xörək hazır olana yaxın içinə qiymə halına gətirilmiş quyruq əlavə edilir. Mövsümündən asılı olaraq xörəyə alça yerinə soyulmuş pomidor (hər paya 30 q) qatılır.

Parça bozbaş süfrəyə verilmə qaydası:

Süfrəyə verilən zaman üstünə nanə qurusu səpilir, yanına ayrı bir qabda doğranmış baş soğan və sumaq qoyulur.

Nuş olsun!
Etiketlər: yaxud, bozbaş, Parça, əlavə, bişirilir, soğan, qabda, zəfəran, doğranmış, qurusu, Noxud, xörəyə, sarıkök, qaydası, heyva, hazır, qatılır, edilir, quyruq, qoyun
BİZİ İZLƏYİN