• Düşbərə resepti

Reseptin məlumatları Baxış sayı: 23 938

Tarix : 4-09-2015, 11:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
108 q qoyun əti,
40 q buğda unu,
10 q yumurta,
18 q baş soğan,
350 q bulyon,
10 q sirkə,
15 q keşniş qurusu,
1 q nanə qurusu,
0,1 q istiot

Hazırlanması:
Bulyon hazırlanır, yumşaq qoyun ətindən baş soğan, keşniş və ədviyyat qatılıb qiymə hazırlanır. Un, su, yumurta qatılaraq bərk xəmir yoğrulub 1 mm qalınlıqda yayılır. Sonra yayılmış xəmir 3×3 sm ölçüdə kvadrat şəklində kəsilir. Hər kvadratın ortasına 4-5 q qiymə qoyulub bükülür.

Düşbərənin bişmək vaxtı 5 dəqiqədir. Bişmiş düşbərə adətən üzə çıxır.

Düşbərə süfrəyə verilmə qaydası

Hər pay üçün boşqaba 16-20 ədəd düşbərə qoyulur. Süfrəyə verilən zaman düşbərənin yanına ayrıca sirkə, sarımsaqlı sirkə qoyulur. Üstünə nanə qurusu səpilir.

Nuş olsun!
Etiketlər: sirkə, qurusu, keşniş, Düşbərə, qiymə, düşbərə, xəmir, qoyulur, hazırlanır, qoyun, yumurta, soğan, səpilir, süfrəyə, Bişmiş, çıxır, vaxtı, bükülür, Düşbərənin
BİZİ İZLƏYİN