• Umac resepti

Reseptin məlumatları Baxış sayı: 52 510

Tarix : 3-09-2015, 11:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2


Tərkibi:
Hər payına:

50 q un
20 q ərinmiş yağ
40 q yumurta
18 q baş soğan
1 q nanə qurusu
0,05 q zəfəran
duz

Hazırlanması:
Çox zaman pəhriz xörəyi kimi təqdim edilir. Bu xörək, adətən az miqdarda bişirilir və hazır olan kimi süfrəyə verilir. .

Qabaqca un ələnir və azacıq duzlu suda yumurta açılıb unun üstünə çilənir. Un tumurcuqları əmələ gəlir. Baş soğan soyulub narın halda doğranıb yağda qızardılır, bulyonda yaxud suda qaynadılır. Hazırlanmış umac qaynar bulyona tökülür. Arasıkəsilmədən qarışdırılır. Süfrəyə verilən zaman umaca zəfəran şirəsi vurulur və üstünə nanə qurusu səpilir.

Nuş olsun!
Etiketlər: qurusu, zəfəran, zaman, soğan, üstünə, yumurta, qızardılır, bulyonda, qaynadılır, yağda, yaxud, doğranıb, soyulub, narın, halda, Hazırlanmış, qaynar, umaca, şirəsi, vurulur
BİZİ İZLƏYİN