• Körpələr (9 ay və sonrası) üçün enginarlı kartof resepti

Reseptin məlumatları Baxış sayı: 25 130

Tarix : 24-08-2015, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Uşaq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1-2 ədəd ayırtlanmış enginar
4 ədəd orta ölçülü kartof
3 qaşıq pendir (keçi pendiri olsa daha yaxşıdır)
1 ədəd kiçi ölçülü quru soğan
2 qaşıq təzə holland pendiri rəndəsi

Hazırlanması:
Kartoflar suda qaynadılır. Suda qaynayıb bişən kartoflar bir barmaq qalınlığında doğranır. Fırın qabının dibi yağlanır. İçərisinə kartofların yarısı düzülür. Soğanlar zeytunyağında bişirilir, enginar da kub şəklində doğranıb əlavə edilir. 1 stəkan su ilə yumşalana qədər bişirilir. 4 qaşıq pendir və zeytunyağında bişmiş enginarlar rondodan keçirilir. Qaba düzülmüş kartofların üzərinə tökülür. Bunun üzərinə təkrar geri qalan kartoflar qoyulur. Bunların üzərinə rəndələnmiş holland pendiri səpilir.

Duxovka əvvəlcədən 170 dərəcəyə isidilir. İsidilmiş duxovkada təqribən 20 dəqiqə və yaxud da rəndələnmiş holland pendiri qızarana qədər bişirilir.

Nuş olsun!
Etiketlər: kartof, pendiri, holland, üzərinə, bişirilir, qaşıq, Körpələr, enginarlı, pendir, kartofların, rəndələnmiş, ölçülü, zeytunyağında, qədər, kartoflar, enginar, stəkan, Bunun, düzülmüş, tökülür
BİZİ İZLƏYİN