• Bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 26 778

Tarix : 30-08-2015, 12:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Hər payına:

163 q qoyun əti,
15 q yağ,
30 q noxud,
100 q kartof,
25 q baş soğan,
15 q tomat-püre,
1 q nanə qurusu,
duz.

Hazırlanması:
Qoyun cəmdəyinin döş, yaxud da kürək hissəsindən hərəsi 60-80 q çəkidə 2-3 tikə ət götürülür. Noxud 3-4 saat ərzində suda isladılır. Ət və noxud birlikdə 1,5-2 saat bişirilir. xörəyin hazır olmasına 20 dəqiqə qalmış içinə doğranmış baş soğan, doğranmış kartof, yağda qızardılmış tomat-püre qatılır və bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə nanə qurusu səpilir.

Yay zamanı tomat-püre əvəzinə bozbaşın hər payına 30 q hesabı ilə pomidor qatılır.

Nuş olsun!
Etiketlər: tomat, soğan, kartof, qurusu, doğranmış, bozbaşın, qatılır, noxud, Bozbaş, payına, bişirilir, qızardılmış, yağda, hazır, dəqiqə, olmasına, qalmış, içinə, üstünə, əvəzinə
BİZİ İZLƏYİN