• Borş resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 61 594

Tarix : 8-10-2015, 23:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Foto reseptlər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1kq sümüklü mal əti
1ədəd balaca ölçüdə kələm
2-3 ədəd orta ölçüdə çuğundur
3 ədəd orta ölçüdə kök
2 ədəd soğan
3-4 ədəd kartof
yarım dəstə cəfəri
1 ç/q tomat pastası
kərə yağı
2-3 ədəd dəfnə yarpağı
1-2 diş sarımsaq
duz

Hazırlanması:
1. Ət doğranılır, yaxşı yuyulur bişənə kimi qaynadılır. Qaynadılan zaman üzərinə ətin köpüyü yığıldıqda qaşıqla götürmək lazımdı.
2. Kələm doğranılır.Kök, çuğundurun qabığı təmizlənib sürtgəcdən keçirilir hamısı bir qaba tökülür.
3. Sarımsaq doğranılır, dəfnə yarpağı yuyulub kələm, kök tökülən qaba tökülür.
4. Soğan doğranılır yağda qızardılır. Üzərinə tomat pastası tökülüb biraz qızardılır.
5. Kartofun qabığı soyulur, kub şəklində doğranılır.
6. Ət bişdikdə ətin suyunu süzgəcdən keçirdilir ki xırda sümüklər təmizlənsin.
7. Ətin üzərinə kələm, kök, çuğundur, dəfnə yarpağı, sarımsaq, tomatlı soğan, kartof tökülür. Zövqə görə duz vurulur.
8. Yeməyin kartofu bişdikdə yemək qazdan götürülür, üzərinə xırda doğranılmış cəfəri tökülür.
9. Borşu yeyərkən xama, mayonez və ya qatıqdan istifadə etmək olar.

Borş resepti - FOTO RESEPT

Borş resepti - FOTO RESEPT

Borş resepti - FOTO RESEPT

Borş resepti - FOTO RESEPT

Borş resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: masqa, qəhvə, Masqanı, qaydası, olanlar, cildə, etmək, Lazım, limon, masqanı, sonra, Qəhvə, təlvə, qarışdırın, masqası, Hazırlanma, Bundan, qaşığı, yaxşı, günlərdə
BİZİ İZLƏYİN