• Quzu ətli yarmalı şorba resepti

Reseptin məlumatları Baxış sayı: 15 184

Tarix : 19-02-2016, 11:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
100 qam quzu əti
1 kiçik armudu stəkan yarma
1 yemək qaşığı buğda unu
1 çay qaşığı kərə yağı
1/2 ədəd kiçik ölçülü quru soğan
1/2 kiçik armudu stəkan süd
2 böyük stəkan su

Hazırlanması:
Yarma bir gecə əvvəlcədən isladılır. Quzu əti xaşlanılır. Yarmanın suyu süzülərək bir qazana alınır, yenidən su qoyularaq xaşlanır. Bir qazana kərə yağı qoyulur. Soğanlar incə – incə doğranılır və kərə yağ olan qazana əlavə olunur. Təqribən bir dəqiqə bişirilir. bişirilən soğana un əlavə edilərək təqribən bir dəqiqə yenə od üzərində qarışdırılır. Bu qarışığa bişən ətin suyu, iki stəkan su, yarma və süd əlavə edilir. Su az olsa, bir stəkan yenə su əlavə edilir. Bir burun qaynadıqdan sonra lif – lif didilmiş ətlər əlavə edilir. 5 dəqiqə bişirilir.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, dəqiqə, edilir, kiçik, qazana, bişirilir, qaşığı, yarma, armudu, bişirilən, edilərək, soğana, sorba, sonrası, Soğanlar, doğranılır, təqribən, olunur, Təqribən
BİZİ İZLƏYİN