• Körpələr (1 yaş və sonrası) üçün enginarlı kartof resepti

Reseptin məlumatları Baxış sayı: 20 372

Tarix : 22-08-2015, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Uşaq yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
2 yemək qaşığı zeytun yağı
1/2 yemək qaşığı kərə yağı
1 ədəd orta ölçülü quru soğan (incə doğranmış halda)
2 ədəd yaşıl soğan (incə doğranmış halda)
4 ədəd orta ölçülü enginar (ayırtlanıb yuyulmuş, kub şəklində doğranmış halda)
1 ədət kiçik ölçülü kartof (kub şəklində doğranmış halda)
1/2 dəstə şüyüd (yuyulub, təmizlənib doğranmış halda)
1 çimdik yaşıl nanə (istəyə görə)
1 stəkan süd
4 stəkan su

Hazırlanması:
əlavə: Böyüklər üçün duz və istiot əlavə edilir.

Körpə üçün enginar şorbası ı hazırlama qaydası:

Bir qazana zeytun yağını və kərə yağı qoyun. Doğranmış soğanları əlavə edib yüngülvari bişirin. Kartov və enginarları da əlavə edərək təqribən 1 dəqiqə bişirin.

Doğranmış yaşıl soğanları da buraya əlavə edin və bunların üzərini örtənə qədər ilıq su tökün. Səbzələr yumşalana qədər bişirin.

Qazanı ocağın üzərindən götürmədən əvvəl nanə və şüyüd də əlavə edilir və çox az qaynadılır.

Xörək mətbəx robotundan keçirdilir. Süd əlavə edilib qarışdırılır. Şorbanın hansı qatılıqda olmasını istəyirsinizsə o qədər su əlavə edin. Bundan sonra şorba yenidən ocağın üzərinə qoyulur. Çox az qaynadılır və bundan sonra ocaqdan götürülür.

Qeyd: Şorba həmişə anaların köməkçisi olaraq uşaqların qida mənbəyidir. Tez və rahat hazırlanabilməsi də anaların işini asanlaşdırır.

Nuş olsun!

Enginarın Faydaları:
Təbii mineral və vitamin qaynağı:

Şorba, içərisindəki müxtəlif səbzlər ilə vitamin və mineral, süd ilə protein və kalsium, kərəyağı ilə də təbii qida olduğu üçün uşaqların qidalanmasında vacib yer tutur.

Qəbizlik:
Enginar şorbası xüsusi ilə qəbizlik problemi yaşayan uşaqlarda maye və liflə zəngin olduğu üçün xüsusi ilə faydalıdır.

Qaraciyər dostu Enginar:
Enginarın tərkibində olan cynarin maddəsi, böyüklərdə qaraciyər və öd kisəsində toplanan nikotin, alkoqol, yağ və s. kimi zərərli maddələrin bədəndən xaric olmasına kömək edir. Bədəndəki ammnonyak və xolesterolu azaldır. Qaraciyər dostu qidadır.

Vitamin mənbəyi:
Tərkibində çox miqdarda A və B vitamini var.
Etiketlər: əlavə, halda, doğranmış, enginar, şorbası, ölçülü, Körpə, yaşıl, qədər, bişirin, edilir, Şorba, Doğranmış, qaynadılır, soğanları, ocağın, anaların, dostu, Enginar, xüsusi
BİZİ İZLƏYİN