• Xəmiraşı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 390

Tarix : 24-02-2016, 10:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi
300 qr qiymə
200 qr ərişdə
100 qr "qaragöz" lobya
1 ədəd baş soğan
150 qr kərə yağı
2-3 ədəd alça qurusu
zövqə görə nanə
duz
sarıkök

Hazırlanması:
1. Lobya qazana əlavə edilir, yuyulur və bişənə qədər qaynadılır.
2. Soğan xırda doğranılır.
3. Kərə yağında soğan qızılı rəng alana qədər qızardılır.
4. Bu arada alça quruları yuyulub hazırlanır.
5. Lobyanın hazır olmasına biraz qalmış üzərinə qızardılmış soğan və 2-3 ədəd yuyulmuş alça qurusu əlavə edilir.
6. Qiymədən xırda ölçüdə küftələr hazırlanır.
7. Küftələr şorbaya əlavə edilir.
8. Ərişdə hazırlanır və şorbaya əlavə edilir. Ərişdəni hazır halda mağazadan ala bilərsiniz və ya özünüz mayasız xəmirdən asanlıqla hazırlaya bilərsiniz.
9. Ardınca şorbaya sarıkök və duz əlavə edilərək 1-2 dəqiqə qarışdırılır.
10. Bu arada nanə qurusu hazırlanır.
11. Şorbaya ərişdə əlavə ediləndən təqribən 15 dəqiqə sonra, xəmir bişdikdə yemək qazdan götürülür.
12. Şorbanın üzərinə zövqə görə qurudulmuş nanə əlavə edilərək qarışdırılır.
13. Süfrəyə verilərkən sirkə-sarımsaqdan istifadə etmək olar.

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT

Xəmiraşı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, edilir, hazırlanır, soğan, qurusu, şorbaya, xırda, qarışdırılır, edilərək, bilərsiniz, üzərinə, hazır, arada, dəqiqə, qədər, istifadə, zövqə, ərişdə, sarıkök, xəmirdən
BİZİ İZLƏYİN