• Makaronlu, ətli, limonlu adana şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15336

Tarix : 12.06.2014, 02:36

Bölmə : Sulu yeməklər, Ət yeməkləri, Şorbalar, Makaron yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




Tərkibi:
250 q qiymə
250 q makaron
150 q noxud
6 diş sarımsaq
1 limonun suyu
150 q kərə yağı
Bulyon və ya su
Duz
İstiot
Qırmızı pul istiot və quru nanə

Hazırlanması:
Noxudu axşamdan yuyub isladın, sabahı gün 2 litr suda bişirin.
Bişənə yaxın makaron əlavə edib qaynatmağa davam edin.
Sürtgəcdən keçirilmiş 1 baş soğan, qiymə, duz, istiotu qarışdırıb noxud boyda küftələr düzəldin.
Bunları 100 q yağda bişirdikdən sonra qazandakı noxud və makaronun üzərinə əlavə edin.
1 st. limon şirəsi töküb bir buğum qaynadın. 1 ç.q. qırmızı istiot, 1 ç.q. nanə, duz və qara istiotu 50 q yağda qızarıb şorbaya qatın.

Nuş olsun!

Etiketlər: noxud, yağda, istiot, əlavə, istiotu, qiymə, makaron, sonra, qazandakı, makaronun, Bunları, küftələr, düzəldin, üzərinə, bişirdikdən, töküb, qızarıb, şorbaya, qatın, olsun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
nurane zehra
bu gun bisrecem gorek nece olcax evde elimonum yoxdu imon vurmasam nece olar
4 iyul 2015 11:42
4
Offline
raqsana
bu gun bu yemeyi bisirecem

bisirdim coooox dadli alindi
25 dekabr 2014 10:30
3
Offline
arzum_ balawqa
tewekkurlerr
11 sentyabr 2014 20:24
2
Qələm olsa dünyadakı bütün ağaclar, gördüyün bütün dənizlər mürəkkəb olsa, mən səni yaza, yaza bitirə bilmərem ki sevgilim.
Offline
tutu666
superdi....
29 iyun 2014 18:18
1
ALLAHım, məni sən qaldır ki, kimsələr yıxa bilməsiN...
BİZİ İZLƏYİN