• Sarımsaqlı toyuq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 12233

Tarix : 12.06.2014, 19:38

Bölmə : Sulu yeməklər, Toyuq yeməkləri, Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq sümüksüz toyuq əti
2 xörək qaşığı toyuq suyu
2 xörək qaşığı un
3 xörək qaşığı qatıq
2 diş sarımsaq
1 ədəd yumurta
1 çay qaşığı duz

Sous üçün:
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı istiot
1 çay qaşığı nanə

Hazırlanması:
Toyuq ətini qazana qoyaraq qaynadın. Bişdikdən sonra qazandan götürərək soyumasını gözləyin və toyuğu bişirdiyiniz suyu bir kənarda saxlayın. Soyuyan toyuğu rondoya qoyub yaxşıca parçalayın. Un, qatıq, yumurta, duz və toyuq suyundan iki xörək qaşığı alaraq bir qabda çırpın. Toyuğu bişirdiyiniz suya unlu qarışığı yavaş yavaş əlavə edərək qarışdırın. Sarımsaqları əzin və doğradığınız toyuqla birlikdə şorbaya əlavə edərək qaynadın. Bişən şorbanı kasalara paylayın.
İstəsəniz üzərinə sous gəzdirərək servisə təqdim edə bilərsiniz.
Sousun hazırlanışı: Kiçik bir qazanda kərə yağını əridin. İstiot və nanəni kərə yağına əlavə edin və qarışdırın.

Nuş olsun!

Etiketlər: qaşığı, xörək, əlavə, toyuq, bişirdiyiniz, toyuğu, qaynadın, qarışdırın, yumurta, yavaş, edərək, qatıq, kasalara, paylayın, İstəsəniz, şorbanı, toyuqla, doğradığınız, Sarımsaqları, üzərinə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
tutu666
sarimsagi xowlayiram,ama toyuqla nece gedir bilmirem...prob ederik...
15 iyun 2014 15:43
1
ALLAHım, məni sən qaldır ki, kimsələr yıxa bilməsiN...
BİZİ İZLƏYİN




Yandex.Metrica