• Dovğa resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 25339

Tarix : 18.09.2015, 15:00

Bölmə : Sulu yeməklər, Şorbalar, Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4




Tərkibi:
500 qr qatığ
yarım dəstə keşniş
yarım dəstə şüyüd
yarım dəstə soğan
yarım dəstə ispanağ
yarım dəstə dağ keşnişi
2 diş sarımsaq
50 qr yumru düyü
1 ədəd yumurta
1 x/q un
duz

Hazırlanması:
1. Doğanı hazırlamaq üçün göyərtilər təmizlənir, yaxşı yuyulub xırda doğranılır. Sarımsağı (göyərti sarımsağdan da istifadə etmək olar) xırda doğrayıb göyərtiyə qatırıq.

2. Düyü yaxşı yuyulur, tam bişənə kimi ayrı qazanda qaynadılır.

3. Qatığı dovğa bişirəcəyimiz qazana töküb, yumurta,un əlavə edirik. Qarışdırma teli ilə yaxşı qarışdırırıq.

4. Qazanı qaza qoyub, taxta qaşıqla yavaş qarışdıra-qarışdıra qaynadırıq. Qaynadıqda göyərtiləri əlavə edib yenidən dayanmadan qarışdırırıq.

5. Göyərtilərin rəngi dəyişdikdə və qaynamağa başladıqda qazdan götürürük.

6. Bişmiş düyünü, duzu qazana əlavə edib biraz qarışdırırıq.

Qeyd: Dovğa həm isti həm soyuq halda yeyilə biər.

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yarım, dəstə, yaxşı, əlavə, qarışdırırıq, qarışdıra, xırda, qazana, istifadə, yumurta, qaynadırıq, Qaynadıqda, bişirəcəyimiz, yavaş, taxta, Qarışdırma, edirik, göyərtiləri, Qazanı, töküb
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
arzum-aysum
düyünü ayri bisirmirem men. yumurta ile calib qatiga qatıram. unu da bir az su ile acib qatiram
18 sentyabr 2015 18:58
2
Offline
Hesenova
ispanaq tokmurem men
18 sentyabr 2015 16:35
1
HAMIYA NUS OLSUN!
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN