• Qaşxəngəli resepti

Reseptin məlumatları Baxış sayı: 28 415

Tarix : 15-09-2015, 13:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 ədəd soğan
2 ədəd pomidor (və ya 2 ç/q tomat)
1 ədəd (1 diş) sarımsaq
100 qram kərə yağı
1 stəkan (1 kündəlik) un
2 ədəd kartof
1.5 litr su

Hazırlanması:
İlk olaraq bir baş soğanı narın-narın doğrayaraq 100 qram yağda qızardana yaxın, 2 ədəd pomidoru xırda-xırda doğrayıb soğana əlavə etməliyik.

Pomidor qızarana yaxın litr yarım su əlavə edirik.

Su qaynayana yaxın, kartofu xırda-xırda kvadrat şəklində doğrayıb suya əlavə etməliyik.

Kartof bişənə yaxın, kündəni 1 santimetr qalınlığında yayıb, xırda-xırda kvadratlarla doğrayıb qazana əlavə etməliyik.

Xəmiri əlavə edib duz və istiotu zövgə görə tökəndən sonra, 5 dəqiqə qaynadıb qazı söndürüb zövqə görə göyərti əlavə edirik.

Yeməkdən əlavə olaraq, sarımsaq əzilib qatıqla qarışdırılıb süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: əlavə, xırda, yaxın, doğrayıb, etməliyik, olaraq, sarımsaq, edirik, narın, süfrəyə, verilir, kvadratlarla, qarışdırılıb, qatıqla, yayıb, qalınlığında, bişənə, Kartof, kündəni, olsun
BİZİ İZLƏYİN