• Toyuq yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 18 352

Tarix : 8-10-2015, 15:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
7 tikə toyuq əti,
7 ədəd kartof,
1 ədəd böyük soğan,
kərə yağı,
yarım ç/q tomat pastası,
yarım ç/q bibər pastası,
yarım dəstə keşniş,
yarım dəstə şüyüd,
duz

Hazırlanması:
Soğan təmizlənir, xırda doğranılır. Tavaya kərə yağı tökülür, soğan biraz qızardılır. Toyuq yaxşı yuyulub soğana əlavə edilir. Biraz qızardıqdan sonra yeməyə duz vurub, tomat pastası, bibər pastası əlavə edilir. Toyuq, tomat pastası və bibər pastası birlikdə 5 dəqiqə bişdikdən sonra üzərinə soyulmuş-doğranılmış kartof əlavə edilir. Kənarda su qaynadılır və yeməyə əlavə edilir (yeməyin üsü örtülənə kimi su tökülür). Yeməyin kartofu bişdikdə içindən 3-4 ədəd doğranılmış kartof götürülür, kənarda əzilir və yeməyə əlavə olunub qazdan götürülür (bu zaman yemək daha qatı və dadlı olur).
Yemək süfrəyə verərilərkən üzərinə doğranmış keşniş, şüyüd tökülür.

Nuş olsun!
Etiketlər: pastası, əlavə, yarım, edilir, yeməyə, bibər, tomat, kartof, tökülür, Toyuq, götürülür, doğranılmış, üzərinə, sonra, dəstə, soğan, keşniş, şüyüd, bişdikdə, içindən
BİZİ İZLƏYİN