• Düşbərə resepti

Reseptin məlumatları Baxış sayı: 16 439

Tarix : 21-10-2015, 22:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
sümüklü ət
çəkilmiş ət
soğan
nanə qurusu
duz
istiot
keşniş

Xəmiri üçün:
un
su
yumurta
duz

Hazırlanması:
Düşbərə üçün sümüklü ətdən bulyon bişirilir. Çəkilmiş ətə baş soğan, keşniş, duz , istiot vurulur. Un, su və yumurtadan bərk xəmir yoğrulub, 1 mm- ə qədər qalınlıqda yayılır. Həmin xəmir 3 x 3 sm ölçüdə kvadrat şəklində kəsilir. Hər kvadratın ortasına ət qoyulub, bükülür. Düşbərə 2 üsulla bükülə bilər: 1) kvadrat ortadan qatlanıb, ucları geriyə dartılır 2) kvadrat üçkünc şəklində qatlanıb, küncləri geriyə dartılır. Hazırlanmış düşbərə yüngülcəsinə ələkdə silkələnib, artıq undan azad edilir və süzülmüş bulyonda bişirilir. Düşbərənin bişmə vaxtı 5 dəqiqədir. Hazır olduqda düşbərə- adətən üzə çıxır və üzərinə nanə qurusu səpilir. Süfrəyə verilən zaman düşbərənin yanında sarımsaqlı sirkə qoyula bilər.

Nuş olsun!
Etiketlər: kvadrat, bişirilir, geriyə, qatlanıb, bilər, düşbərə, xəmir, Düşbərə, dartılır, soğan, şəklində, sümüklü, qurusu, istiot, keşniş, bişmə, Düşbərənin, bulyonda, süzülmüş, artıq
BİZİ İZLƏYİN