• Küftə-bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 15 195

Tarix : 15-10-2015, 18:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
Yarım kilo mal və ya qoyun əti ya da onların qarışığı (mən 85% yağsız\15% yağlı orqanik mal ətindən istifadə edirəm)
1 orta ölçülü soğan -ət maşınından keçirilmiş
1 yumurta
1/3 stəkan yumru düyü
1 çay qaşığı xırdalanmış nanə qurusu (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı xırdalanmış quru mərzə (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı xırdalanmış quru ağ reyhan (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı duz
1/4 çay qaşığı istiot
4 kiçik alça qurusu

Bulyonun Ərzaqları:
2 xörək qaşığı ərinmiş yağ
1 xörək qaşığı tomat pastası
4 qabığı soyulmuş bütöv kartof
1/4 çay qaşığı sarıkök
Duz-istiot

Hazırlanması:
Islağa qoyulmuş noxudu yarım-bişənədək suda qaynadın ( daha sonra yenə de bişiriləcək).
Küftəni hazırlamaq üçün ətin bütün ərzaqlarını (alça qurusundan başqa) iri bir qabda əllərinizlə yaxşıca qarışdırın. Qarışıqdan 4 iri küftə düzəldin (daha çox nəfəri qonaq etmək istədiyiniz halda küftələri bir az balaca edə bilərsinizş Məsələn, 4 əvəzinə 8 küftə etmək olar). Hər küftənin ortasına bir ədəd alça qurusu yerləşdirin.
Bulyonu hazırlayın. Orta ölçülü qazanda (kifayət qədər iri olmalıdır ki, küftələr bir birinə dəyməsin) yağı orta istilikdə qızdırın, daha sonra tamat pastasını əlavə edin və yarım dəqiqə qarışdırın. Sonra 7 stəkan su əlavə edib qaynara düşənədək gözləyin.
Istiliyi bir az azaldın (orta həddə qədər) və küftələri bir-bir bulyona salın. Qazanın üstünü açıq saxlayıb 10 dəqiqə küftələrə toxunmadan (küftələr dağılmasın deyə) bişirin. Bulyonun üzərində kəf əmələ gəlsə onu yığın.
Kartofu, sarıkökü və noxudu əlavə edin. Zövqə görə duz-istiot vurun. Qaynara düşəndən sonra istiliyi azaldın, qazanın qapağını örtün və hardasa 40 dəqiqə bişirin.
Çömçə ilə kasalara hərəsində bir küftə, bir kartof və bir qədər noxud və bulyon olmaqla tökün. İstəyə görə üzərinə nanə qurusu səpmək olar.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, küftə, qurusu, deyil, məcburi, səpmək, sonra, qədər, dəqiqə, bilərsiniz, istifadə, edirəm, stəkan, varsa, xırdalanmış, istiot, qurudulmuş, məsləhətdir, Meatball
BİZİ İZLƏYİN