• Nanəli mərci şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 9738

Tarix : 11.10.2015, 21:00

Bölmə : Sulu yeməklər, Şorbalar, Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6




Tərkibi:
1 stəkan yarım qırmızı mərci
1 pomidor – iri-iri doğrayın
1 yerkökü – iri-iri doğrayın
1 xörək qaşığı tomat pastası
1 dolu xörək qaşığı quru nanə (istəyə görə artırıb yaxud azaltmaq olar)
4-5 xörək qaşığı kərə yağı (istəyə görə artırıb yaxud azaltmaq olar)
Duz-istiot

Hazırlanması:
Mərcini yaxşıca yuyub, süzünü süzüb qazana qoyun. Üstünə 4-5 stəkan su töküb qaynadın.
Qaynayan mərcinin kəfini yığın. Mərci yarım-bişmiş olduğunda qazana doğranmış pomidor, yerkökü, tomat pastası və quru nanəni əlavə edin. Orta hərarətdə bişirməyə davam edin. Mərci tam yumşalanda, kütləni blenderdə püre halına gətirin. Yenidən qazana tökün. Zövqə görə duz və istiot vurun. Şorba qatıdırsa, bir az da su əlavə edib, qaynadın.
Tavada kərə yağını qızdırıb bişmiş şorbaya töküb, qarışdırın. Şorba hazırdır. Süfrəyə verdiyinizdə, hər boşqaba istəyə görə qırmızı acı bibər tozu səpə bilərsiniz. Şorbaya limon sıxıb yeyin.

Nuş olsun!

Etiketlər: qaşığı, Mərci, istəyə, xörək, qazana, mərci, qırmızı, stəkan, pomidor, doğrayın, yerkökü, tomat, artırıb, töküb, qaynadın, bişmiş, əlavə, istiot, yaxud, azaltmaq
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN