• Ezogəlin şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 10299

Tarix : 28.10.2015, 22:00

Bölmə : Sulu yeməklər, Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




Tərkibi:
1 çay stəkanı qırmızı mərcimək 3 xörək qaşığı düyü
3 xörək qaşığı yarma
3 xörək qaşığı incə qısa vermişel
1 soğan
2 xörək qaşığı tomat
1 xörək qaşığı kərə yağı yarım çay qaşığı qırmızı pul bibər
2 çay qaşığı quru nanə
6-7 stəkan qaynanmış su 1 xörək qaşığı duru yağ duz

Hazırlanması:
İlk öncə düyü, yarma, mərciməyi yuyun və suyunun tam süzülməsi üçün bir kənara qoyun. Soğanı incə doğrayın, kərə yağını içinə bir az da duru yağ qataraq əridin. Soğanları içinə atın və diriliyi gedənə qədər qarışdırın.
Daha sonra üzərinə un əlavə edin. Bir az qarışdırın. Arxasınca içərisinə tomat və quru nanə, pul bibər qatın və qovurmağa davam edin. Bunun içinə yuyub süzdüyünüz düyünü, mərciməyi və yarmanı atın, bir-iki əl qarışdırın. Sonra şorbanın suyunu qoyun (Suyu gözəyarı qərarlaşdırın). Şorba qaynamağa başlayınca incə vermişeli əlavə edin. Bir az daha qaynadın və duzunu atıb ocağın altını qısaraq yavaş-yavaş 15 dəqiqə daha bişirin. Son olaraq duzunu atın və şorbanız servisə hazırdır.

Nuş olsun!

Etiketlər: dəqiqə, qaşığı, əlavə, Yemək, bişirin, qovorun, Limon, qaynadın, sununu, edərək, sosunu, istiotu, keçirib, bəzəyib, xidmət, olsun, Maydanozla, istidin, sonra, yenidən
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
arzum-aysum
türklərin məşhur şorbası, hec yeməmişəm
29 oktyabr 2015 15:46
1
BİZİ İZLƏYİN