• Yaşıl noxud şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 18 804

Tarix : 19-06-2016, 23:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 çay qaşığı zeytun yağı
2 baş soğan, incə doğranmış
3 stəkan toyuq və ya tərəvəz bulyonu
5 stəkan yaşıl noxud
½ stəkan az yağlı qatıq
Duz və istiot zövqə görə
Ətirləndirmək üçün təzə tərxun yarpaqları

Hazırlanması:
Aşağı temperaturda zeytun yağını qızdırın, soğanları əlavə edib yumşaq və rəngini dəyişənə qədər bişirin. Bulyonu əlavə edib 10 dəqiqə ərzində qazanın qapağını bağlamadan qaynadın.
Yaşıl noxudları əlavə edib 4 dəqiqə qaynadın. Blenderdə pure halına gətirib soyuq su ləyənin içində olan boş dərin qaba aşsüzəndən keçirib tökün. Bir az soyuduqdan sonra qatıq, duz, istiot əlavə edib tərxunla ətriləndirin.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, qatıq, qaynadın, dəqiqə, istiot, zeytun, bağlamadan, Yaşıl, noxudları, Blenderdə, qapağını, ətriləndirin, Bulyonu, olsun, ərzində, qazanın, halına, gətirib, aşsüzəndən
BİZİ İZLƏYİN