• Ətli dovğa resepti

Reseptin məlumatları Baxış sayı: 19 087

Tarix : 2-03-2016, 13:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
Qatıq – 2 l
Can əti – 250 q
Baş soğan – 1 ədəd
Xama – 100 q
Yumru düyü – 50 q
Noxud – 80 q
Yumurta – 2 ədəd
Göyərti (keşniş, şüyüd, göy soğan, cəfəri, çuğundur yarpağı, təlpətöyün, turşəng, nanə, ispanaq)
Duz, istiot

Hazırlanması:
1. Ətçəkən maşınından keçirilmiş ət və soğan qarışığına duz və istiot əlavə olunub balaca küftələr hazırlanır.

2. Küftələr bir az duz əlavə edilmiş suda bişirilir.

3. Axşamdan noxud isladılır və bişirilir.

4. Qatığın üzərinə bir az su, xama, yumurta əlavə edilib çalınır, daha sonra axşamdan isladılmış düyü, bişmiş noxud, xırda doğranılmış göyərti əlavə olunub zəif odda bişirilir.

5. Düyünün bişməsinə az qalmış dovğaya küftələr əlavə edilir. Duz və istiot vurulur.

Nuş olsun!
Etiketlər: əlavə, istiot, bişirilir, soğan, olunub, küftələr, noxud, çalınır, sonra, edilib, yumurta, isladılır, Qatığın, üzərinə, axşamdan, qalmış, bişməsinə, dovğaya, edilir, vurulur
BİZİ İZLƏYİN